Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Goranboy rayonunun Börü qəsəbəsində məskunlaşan sakinlərlə səyyar qəbul – görüş keçirdi

0

  •         Avqustun 08-də Cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov əsasən Xocalı rayon Cəmilli kənd sakinlərinin kompakt şəkildə məskunaşlıqları Goranboy rayonunun Börü qəsəbəsində səyyar qəbul – görüş keçirdi.

    Səyyar qəbul – görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

    Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov görüşdə qəsəbə sakinlərinin ümumi problemləri haqqında məlumat verdi. Bildirdi ki, Aşağı Ağcakənd qəsəbəsi ilə Börü qəsəbəsi arasında cari bərpa işləri aparılıb. Yolun bəzi hissələrində işıqlandırıcı dirəklər basdırılıb. Buna baxmayaraq, bir sıra problemlər qalmaqdadır. Suvarma suyunun çəkilməsi, qəsəbədaxili yolların şebellənməsi, internet xəttinin çəkilməsi, məktəb, həkim ambulatoriyası və nümayəndəlik üçün istixananın tikilməsi, məktəbə əlavə siniflərin otaqlarının tikilməsi, qəzalı evlərin bərpa olunması kimi ümumi məsələlər qəsəbə sakinlərini narahat edir.

    Qəsəbə sakinləri çıxışlarında Ramiz Qəhrəmanovun səsləndirdiyi məsələlərin həlli üçün rayonumuzun rəhbərindən xahiş etdilər.

    Səyyar qəbul – görüşdə Şahmar Usubov çıxışında son aylarda Prezident cənab İlham Əliyevin sosial sahədə apardığı islahatlardan danışdı. Rayon rəhbəri qeyd etdi ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident cənab İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

            Şahmar Usubov qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verdi. Müraciətlərin bir qismi yerində müsbət həllini tapdı.










































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib40 dəfə
    Şahmar Usubov Goranboy rayonunun Börü qəsəbəsində məskunlaşan sakinlərlə səyyar qəbul görüş keçirdi

    Maraqlı gələ bilər
    52
    42
    55
    23
    22